Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Toya bir gün qalmış” tamaşasını nümayiş etdirib.

06 mart 2025 | 18:16

Qubada Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Toya bir gün qalmış” tamaşasını nümayiş etdirib.

6 mart 2025-ci il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü, 10 Mart - Azərbaycan Milli Teatr Günü və 11 mart - Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi münasibətilə tədbir keçirilmiş və Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” tamaşası nümayiş etdirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisələrinin və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, mədəniyyət işçiləri, gənclər və tələbələr, həmçinin rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.

Keçidlər