Qubada “Azərbaycan Respublikasının Konstitusiyası - tolerantlıq, ictimai birlik və sabitliyin qarantı kimi” mövzusunda tədbir keçirilib.
11 noyabr 2026 | 16:02
Qubada “Azərbaycan Respublikasının Konstitusiyası - tolerantlıq, ictimai birlik və sabitliyin qarantı kimi” mövzusunda tədbir keçirilib.
11 noyabr 2026-cı il tarixdə rayonun İkinci Nügədi kəndində Quba Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Konstitusiyası - tolerantlıq, ictimai birlik və sabitliyin qarantı kimi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, DQİDK-nin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İkinci Nügədi kənd “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, ağsaqqlalar, ictimaiyyət nümayəndələri, dindarlar iştirak etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında tolerantlıq və multikulturalizm prinsipləri dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasət müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma prinsiplərini əsas gətirməklə Azərbaycana bağlı hər kəsi Azərbaycançılıq ideologiyası ilə həmrəy olmasını şərtləndirir. Tolerant və multikultural dəyərlərin qorunması və təşviqi milli həmrəyliyin, birliyin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan dövlətinin tolerantlıq və multikultural dəyərlərin təşviqi istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən, ölkəmizdə hökm sürən dini və milli həmrəyliyin əhəmiyyətindən bəhs edilən tədbirdə bildirilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilərək, ölkənin demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının, eləcə də cəmiyyətdə tolerantlığın, ictimai birliyin və sabitliyin möhkəm hüquqi təməlini yaradıb.
Sonda iştirakçıların mövzu ilə əlaqədar sualları cavablandırılmış, fikirləri dinlənilmişdir.








