Qubada “Azərbaycançılıq ideologiyasının əhəmiyyəti: birlik və vəhdət körpüsü” mövzusunda tədbir keçirilib.
Qubada “Azərbaycançılıq ideologiyasının əhəmiyyəti: birlik və vəhdət körpüsü” mövzusunda tədbir keçirilib.
9 fevral 2026-cı il tarixdə rayonun Pirvahid kənd tam orta ümumtəhsil məktəbində Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, İnsan Hüquqları üzrə müvəkkilin Şimal regional mərkəzinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Azərbaycançılıq ideologiyasının əhəmiyyəti: birlik və vəhdət körpüsü” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, DQİDK-nin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İnsan Hüquqları üzrə müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev və Pirvahid kənd tam orta məktəbinin direktoru Elmar Hüseynov, məktəbin psixoloq və müəllimləri, şagirdləri iştirak etmişdir.
Tədbirdə “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş olunmuş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxışlar zamanı qeyd olunmuşdur ki, hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir. Təqdirəlayiqdir ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Məlumat verildi ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqımızı vahid milli ideologiyanın - azərbaycançılıq ideologiyasının çətiri altında birləşdirdi. Bu amil həm də Azərbaycan cəmiyyətində milli birliyin formalaşdırılmasına, milli dövlətçiliyin qorunmasına, inkişafına xidmət göstərdi.








