Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Azərbaycanda heyvandarlığın inkişafı, heyvan sağlamlığı və baytarlıq xidmətləri” mövzusunda regional müşavirə keçirilib.

25 sentyabr 2026 | 17:56

Qubada “Azərbaycanda heyvandarlığın inkişafı, heyvan sağlamlığı və baytarlıq xidmətləri” mövzusunda regional müşavirə keçirilib.

 

25 sentyabr 2026-cı il tarixdə Quba bələdiyyəsinin akt zalında “Azərbaycanda heyvandarlığın inkişafı, heyvan sağlamlığı və baytarlıq xidmətləri” mövzusunda regional müşavirə keçirilmişdir. Müşavirədə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Azər Məmmədov, Mərkəzin rəis müavini Tural İsayev, eləcə də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının Heyvan Sağlamlığı və Baytarlıq Xidməti idarələrinin rəisləri, həmçinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Aparatının Epizootiya və zoonoz xəstəliklərin ekspedisiya şöbəsinin müdiri Elçin Əliyev, Heyvan xəstəlikləri şöbəsinin müdiri Allahverdi Muradov, Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Seyidov və Mərkəzin əməkdaşları iştirak etmişlər.

Müşavirədə heyvandarlığın inkişafı, heyvan sağlamlığının qorunması, baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması, epizootik sabitliyin təmin olunması və regionda bu istiqamətdə görülən işlər ətrafında fikir mübadiləsi aparılmış, qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Sonda müvafiq istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin operativ icrası ilə bağlı təkliflər səsləndirilmişdir.

Keçidlər