Qubada Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilib.
Qubada Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilib.
3 dekabr 2024-cü il tarixdə Quba rayonunda Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilib. Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasovanın, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşovanın, Quba Uşaq-Gənclər İnkişaf Mərkəzi rəhbərinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində inklüziv siniflərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin iştirakı ilə Quba Şahdağ Truskavets otelində keçirilən tədbirdə çıxış edənlər, bu günün əhəmiyyətindən, ölkəmizdə sağlamlıq imkanları məhdud şagirdlərə göstərilən diqqət və qayğıdan bəhs etmiş, dövlətimizin müxtəlif sahələrdə əlilliyi olan şəxslərə verdiyi dəstək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün həyata keçirilən layihələrdən danışmışlar.
Tədbir Quba Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanmış rəqs və musiqi nömrələri ilə davam etmişdir.