Qubada beynəlxalq elmi-praktiki konfrans keçirilib.
17 sentyabr 2024 | 15:44
17 sentyabr 2024-cü il tarixdə Quba şəhərində yerləşən "Quba Şahdağ Truskavets Sanatoriyası”nın konfrans zalında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin “Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu” və “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfati istehsalının təmin edilməsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri, xarici ölkələrdən gəlmiş bir sıra kənd təsərrüfatı mütəxəssisləri iştirak etmişdir.
Çıxış edənlər, qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirindən, bundan çıxış yollarından danışmış, dövlətimiz tərəfindən qəbul edilən proqramlardan və həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs etmişlər.