Qubada energetiklərin peşə bayramı qeyd olunub.
20 oktyabr 2026 | 14:17
Qubada energetiklərin peşə bayramı qeyd olunub.
20 oktyabr 2026-cı il tarixdə Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, “Azərişıq” ASC-nin Xaçmaz RETSİ-nin rəisi və məsul şəxsləri, Quba Elektrik Şəbəkəsinin rəisi və kollektivin əməkdaşları Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkında ucaldılmış abidəsini ziyarət etmişlər. Abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin əziz xatirəsinə ehtiram ifadə olunmuşdur.
Daha sonra Quba Rayon İcra Hakimiyyətində bir qrup energetiklə görüş keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov energetika sahəsində çalışan əməkdaşların əhalinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin olunmasında mühüm rolunu vurğulamış, onların gündəlik əməyinin cəmiyyətin həyatında xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. Rayon rəhbəri energetikləri peşə bayramı münasibətilə təbrik edərək, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulamışdır.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaş Quba Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunmuşdur.








