Qubada Gənc tibb işçilərinin konfransı keçirilib.
14 oktyabr 2026 | 16:14
Qubada Gənc tibb işçilərinin konfransı keçirilib.
Quba Palace otelində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Gənc tibb işçilərinin konfransı keçirilmişdir.
Konfransın açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Rayon İcra Hakimiyyətinin və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul şəxsləri, müvafiq dövlət qurumlarının və təşkilatların rəhbərləri və nümayəndələri, gənc həkimlər və tibb bacıları iştirak etmişdir.
Konfransın əsas məqsədi gənc tibb işçilərinin peşəkar inkişafına dəstək göstərmək, onların qarşılaşdıqları çətinlikləri müzakirə etmək, hüquqlarının müdafiəsi, psixoloji rifahının qorunması və regionlarda davamlı məşğulluğunun təşviqi məsələlərinə diqqət yetirmək olmuşdur. Tədbir çərçivəsində “Səhiyyə gəncləri üçün peşəkar çağırışlar” və “Gənclərin regionlarda inkişaf yolu” mövzularında panellər təşkil olunmuş, həmçinin gənc tibb işçiləri arasında intellektual yarış keçirilmişdir. Konfrans gənc tibb işçilərinin bilik və təcrübə mübadiləsi aparması, peşəkar əlaqələrini genişləndirməsi və səhiyyə sahəsində gənclərin rolunun artırılması baxımından əhəmiyyət daşıyır.








