Qubada "Gənclərin sosial mediada təhlükəsizliyi: hüquqi aspektlər və dini radikalizmə qarşı təbliğat” mövzusunda tədbir keçirilib.
Qubada "Gənclərin sosial mediada təhlükəsizliyi: hüquqi aspektlər və dini radikalizmə qarşı təbliğat” mövzusunda tədbir keçirilib.
29 aprel 2026-cı il tarixdə rayonun Vəlvələ kənd tam orta məktəbində Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin və Quba rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Gənclərin sosial mediada təhlükəsizliyi: hüquqi aspektlər və dini radikalizmə qarşı təbliğat” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, DQİDK-nin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Vəlvələ kənd tam orta məktəbinin direktoru İsmayıl Fərzəliyev, müəllimlər, gənclər və yeniyetmələr iştirak etmişdir.
Çıxışlarda gənclərin radikal ideologiyalardan uzaq durmasının, sağlam düşüncə tərzinin formalaşdırılmasının və milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsinin əhəmiyyətindən bəhs olunub. Natiqlər qeyd ediblər ki, yeniyetmələrin düzgün istiqamətləndirilməsi, maarifləndirici işlərin aparılması və ailə-məktəb əməkdaşlığının gücləndirilməsi bu sahədə mühüm rol oynayır. Bildirilib ki, gənclərin sosial mediada təhlükəsizliyi, xüsusilə dini radikalizm və ekstremizm təbliğatına qarşı mübarizə prioritet məsələlərdən biridir. Belə ki, sosial şəbəkələr gəncləri hədəf alan ideoloji təhdidlərin əsas mənbəyinə çevrildiyindən, həm hüquqi tənzimləmələr, həm də maarifləndirmə tədbirləri vacibdir.








