Qubada görkəmli alim, akademik, iyirminci əsr Azərbaycan tarixinin görkəmli simalarından biri Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.
Qubada görkəmli alim, akademik, iyirminci əsr Azərbaycan tarixinin görkəmli simalarından biri Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.
28 aprel 2025-ci il tarixdə Quba Rayon Mərkəzi Xəstəxanasında Quba Rayon İcra Hakimiyyətinin və “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə görkəmli alim, akademik, iyirminci əsr Azərbaycan tarixinin görkəmli simalarından biri Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Xatirələrdə yaşayan akademik” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və tibb işçiləri iştirak etmişdir.
Əvvəlcə müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, görkəmli alim Zərifə xanım Əliyevanın və dövlət müstəqilliyimizin, torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün qorunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş, Zərifə xanım Əliyeva haqqında sənədli filmə tamaşa etmişlər.
Çıxış edənlər görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, iyirminci əsr Azərbaycan tarixinin görkəmli simalarından biri akademik Zərifə xanım Əliyevanın ölkəmizdə oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən, vaxtilə Azərbaycanda geniş yayılmış traxomaya qarşı mübarizəsindən danışmış, görkəmli alimin oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olmasını və onun alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini vurğulamışlar.