Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada görkəmli tarixçi alim, professor Şahin Fazilin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş konfransı keçirilib.

28 aprel 2025 | 16:32

Qubada görkəmli tarixçi alim, professor Şahin Fazilin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş konfransı keçirilib.

 

28 aprel 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında görkəmli tarixçi alim, professor Şahin Fazilin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “İlkin qaynaqlar tarixin güzgüsüdür" mövzusunda Respublika elmi konfransı keçirilmişdir.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, professor Yusif Alıyev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmlər doktoru Eynulla Məmmədli, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdirləri - tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə və tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, tanınmış şair Ramiz Qusarçaylı, professor Şahin Fazilin ailə üzvləri, elm insanları, şairlər və ictimai fəal insanlar, şəhid ailələri və qazilər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Keçidlər