Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilmişdir.

11 avqust 2023 | 16:19

11 avqust 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişdir.

Tədbirdən əvvəl iştirakçılar Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş və Heydər Əliyev Mərkəzində sərgi ilə tanış olmuşlar.

Keçidlər