Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Heydər Əliyev irsində vətən, din və milli kimlik” mövzusunda tədbir keçirilib.

07 may 2026 | 10:22

Qubada “Heydər Əliyev irsində vətən, din və milli kimlik” mövzusunda tədbir keçirilib.

 

6 may 2026-cı il tarixdə Zərdabi qəsəbə tam orta məktəbində Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, İnsan Hüquqları üzrə müvəkkilin Şimal regional mərkəzinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsində vətən, din və milli kimlik” mövzusunda tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, DQİDK-nin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İnsan Hüquqları üzrə müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Zərdabi qəsəbə tam orta məktəbinin direktoru Könül Həsənova, məktəbin müəllimləri və şagirdləri iştirak edib.

Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən bəhs olunub. Çıxışlar zamanı qeyd olunub ki, hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin mənəvi borcu, müqəddəs vəzifəsidir. Təqdirəlayiq haldır ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Məlumat verildi ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqımızı vahid milli ideologiyanın - Azərbaycançılıq ideologiyasının çətiri altında birləşdirdi. Bu amil həm də Azərbaycan cəmiyyətində milli birliyin formalaşdırılmasına, milli dövlətçiliyin qorunmasına, inkişafına xidmət göstərdi. Bildirildi ki, Ümummilli Llider Heydər Əliyev Azərbaycan dövlətinin hüquqi və iqtisadi inkişafının təmin edilməsi üçün yorulmadan fəaliyyət göstərmişdir.

Keçidlər