Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “İnsan hüquqlarının qorunmasında müstəqillik və milli birliyimizin əhəmiyyəti” mövzusunda seminar keçirilib

27 may 2025 | 17:57

Qubada “İnsan hüquqlarının qorunmasında müstəqillik və milli birliyimizin əhəmiyyəti”  mövzusunda seminar keçirilib

 

27 may 2025-ci il tarixdə  Quba rayonu Alpan kəndində Quba Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunmasında müstəqillik və milli birliyimizin əhəmiyyəti”   mövzusunda tədbir keçirilmişdir. “İnsan hüquqları aylığı” (18 may-18 iyun) çərçivəsində keçirilən və 28 May - Müstəqillik Gününə həsr olunan tədbirdə təşkilatçı qurumların rəhbərləri və məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

          Çıxışlarda bildirilmişdir ki, Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsində və dini vəhdətin yaranmasında müstəqilliyimizin yeri danılmazdır. Müstəqil Azərbaycan Respublikasında etnik və dini mənsubiyyətindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə dinindən, irqindən, eləcə də dilindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqları və azadlıqları qorunur. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev haqlı olaraq multikulturalizmi ölkəmizdə “normal həyat tərzi” kimi yüksək qiymətləndirir və həmin istiqamətdə inkişafa dövlət səviyyəsində böyük dəstək verilir. Sonda iştirakçıların mövzu ətrafında sualları cavablandırılıb.

Keçidlər