Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada kanalizasiya xəttində yaranmış problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

26 avqust 2026 | 16:28
Qubada kanalizasiya xəttində yaranmış problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Quba rayonunda yağan intensiv və güclü yağışlar nəticəsində Quba–Xaçmaz magistral kanalizasiya xəttinin Barlı qəsəbəsi ərazisindən keçən hissəsində yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təşəbbüsü ilə aidiyyəti qurumlarla birgə tədbirlər görülür. Hazırda xüsusi texnika vasitəsilə xəttin tutulmuş hissəsinin təmizlənməsi və kanalizasiya sisteminin normal fəaliyyətinin bərpası istiqamətində işlər aparılır. Yaranmış problemin həlli istiqamətində göstərdiyi dəstəyə və məsələyə operativ yanaşmasına görə Su Ehtiyatları Dövlət Agentliyinə təşəkkür edirik.
 
Keçidlər