Qubada keçirilən “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda regional konfrans işini panel sessiyalarla davam etdirib.
19 may 2026 | 15:16
Qubada keçirilən “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda regional konfrans işini panel sessiyalarla davam etdirib.
Konfransın “Sosial media və din” mövzusuna həsr olunan birinci panel sessiyasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov moderatorluq edib. Çıxışlarda dinin rəqəmsal mühitdə transformasiyası, sosial şəbəkələrdə dini maarifləndirmənin prinsipləri və mənəvi təhlükəsizlik məsələləri müzakirə olunub.








