Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası təşkil edilmişdir.

23 dekabr 2023 | 17:40
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkının qarşısında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır. Yarmarka 23 və 24 dekabr 2023-cü il tarixlərdə saat 09:00-dan etibarən gün ərzində davam edəcəkdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov dekabrın 23-də yarmarka ilə tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıqlarını vermişdir.
Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsullar qiymətlərinə görə mövcud bazar qiymətlərindən xeyli ucuz olması ilə seçilir.
Keçidlər