Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə qanvermə aksiyası keçirilib.
4 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyi Respublika Qan Bankının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Səhiyyə Nazirliyi Respublika Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçirilmişdir.
Qanvermə aksiyasında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, din xadimləri, habelə rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.








