Qubada "Korrupsiyaya qarşı mübarizədə dini icmaların rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
Qubada "Korrupsiyaya qarşı mübarizədə dini icmaların rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
7 iyul 2026-cı il tarixdə İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzində "Korrupsiyaya qarşı mübarizədə dini icmaların rolu" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Tural Rəhimov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba regional ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin şöbəsinin rəisi Həmid Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin baş məsləhətçisi Mehman Məmmədov, din xadimləri və dini icma sədrləri iştirak etmişdir.
Çıxışlarda korrupsiyanın insan hüquqlarına mənfi təsirlərindən danışılmış, bu istiqamətdə maarifləndirmə işinin və ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulanmış, dövlət tərəfindən korrupsiyaya qarşı həyata keçirilən ardıcıl islahatlardan, şəffaflığın və hesabatlılığın təmin olunması istiqamətində görülən işlərdən bəhs olunmuş, vətəndaşların dövlət institutlarına inamının artırılmasının vacibliyini diqqətə çatdırılmış, dövlət xidmətlərinin elektronlaşdırılması, ASAN xidmət modelinin tətbiqi və şəffaf xidmət mexanizmlərinin korrupsiya risklərinin azaldılmasında mühüm rol oynadığu vurğulanmış, dini dəyərlərin dürüstlük, ədalət və məsuliyyət prinsiplərini təşviq etdiyi qeyd edilmiş, dini icmaların korrupsiyaya qarşı ictimai qınağın formalaşdırılmasına və gənclərin yüksək mənəvi dəyərlər ruhunda tərbiyəsinə töhfə verdiyi vurğulanmışdır. Çıxışlarda həmçinin korrupsiyaya qarşı mübarizənin dövlət orqanları ilə yanaşı, bütün cəmiyyətin ortaq məsuliyyəti olduğu bildirilmiş, dövlət qurumları, dini icmalar və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.








