Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Milli dəyərlərimizdən gələcəyə baxış” adlı tədbir keçirilib.

27 aprel 2026 | 18:08

Qubada “Milli dəyərlərimizdən gələcəyə baxış” adlı tədbir keçirilib.

 

27 aprel 2026-cı il tarixdə Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə fəalı Məmmədova Ayanın təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Quba rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Milli dəyərlərimizdən gələcəyə baxış” adlı tədbir keçirilmişdir.

Tədbirdə Uşaq Hüquqlarının Müdafiəsi üzrə Quba Rayon Komissiyasının məsul katibi Mariyə Məmmədova, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, tanınmış şair Ramiz Qusarçaylı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Humanitar fənlər kafedrasının baş müəllimi, Tələbə Həmkarlar Komitəsinin sədri Aygün Şıxbabayeva, həmçinin Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə nümayəndələri və fəalları iştirak etmişlər.

Tədbir zamanı fəallar tərəfindən müxtəlif mövzularda çıxışlar edilmiş, maraqlı səhnəciklər təqdim olunmuş və videoçarx nümayiş etdirilmişdir.

 

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər

Keçidlər