Qubada "Milli dəyərlərin və dövlətçilik ənənələrinin təcəssümü - üçrəngli bayraq" mövzusunda tədbir keçirilib.
Qubada "Milli dəyərlərin və dövlətçilik ənənələrinin təcəssümü - üçrəngli bayraq" mövzusunda tədbir keçirilib.
22 oktyabr 2026-cı il tarixdə Quba rayonu İspik kənd tam orta məktəbində Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin və Quba rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Milli dəyərlərin və dövlətçilik ənənələrinin təcəssümü - üçrəngli bayraq" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, DQİDK-nin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İspik kənd tam orta məktəbinin direktoru İsa İsayev, müəllimlər, gənclər və şagirdlər iştirak etmişdir.
Çıxışlarda Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi, onun milli kimliyimizin, müstəqilliyimizin və dövlətçilik ənənələrimizin rəmzi kimi əhəmiyyəti vurğulanmış. Qeyd olunmuşdur ki, üçrəngli bayrağımız xalqımızın azadlıq iradəsini, milli-mənəvi dəyərlərini və müstəqil dövlətçilik ideallarını özündə əks etdirir. Bildirilmişdir ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanması xalqımızın çoxəsrlik dövlətçilik tarixinin və milli birliyinin təntənəsidir. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə xalq-dövlət-ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirmişdir. Tədbirdə, həmçinin müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məsələlərinə toxunulmuş. Qeyd edilmişdir ki, gənc nəslin dövlət rəmzlərinə hörmət, Vətənə sədaqət və milli dəyərlərə bağlılıq ruhunda yetişdirilməsi dövlətçilik ənənələrinin davamlılığının təmin olunmasında mühüm əhəmiyyət daşıyır.








