Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.

22 iyul 2026 | 16:20
Qubada Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Əvvəlcə Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və media nümayəndələri Quba şəhərində yerləşən “Media şəhidləri parkı”nda şəhid jurnalistlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzmüş, onların əziz xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra media nümayəndələri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov kütləvi informasiya vasitələrinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, 151 il əvvəl görkəmli maarifçi və mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən nəşrinə başlanılan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təməlini qoymaqla yanaşı, ölkədə maarifçilik ideyalarının yayılmasına və mətbuatın inkişafına mühüm töhfələr vermişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə söz və fikir azadlığının, müstəqil mətbuatın inkişafı, senzuranın ləğvi və müasir hüquqi bazanın formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanmışdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar, jurnalistlərin fəaliyyətinin dəstəklənməsi, informasiya mühitinin müasirləşdirilməsi istiqamətində görülən işlər uğurla davam etdirilir.
Görüşdə çıxış edən media nümayəndələri dövlət tərəfindən mətbuatın inkişafına göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, yaradılan əlverişli fəaliyyət mühitinə görə minnətdarlıqlarını bildirmiş, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün həmkarlarını təbrik edərək, Azərbaycan mediasının cəmiyyətin inkişafı naminə bundan sonra da peşəkarlıqla fəaliyyət göstərəcəyini vurğulamışlar.
Keçidlər