Qubada Milli Qəhrəman İbad Hüseynovla görüş keçirilib.
Qubada Milli Qəhrəman İbad Hüseynovla görüş keçirilib.
9 dekabr 2024-cü il tarixdə “Qəhrəmanla görüş” layihəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovla görüş keçirilmişdir. Tədbirdən əvvəl qonaq Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən qəbul edilmiş, səmimi məcrada baş tutan görüşdə qəhrəmanın döyüş yolu bir daha xatırlanaraq Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi Qələbə xüsusi vurğulanmışdır.
Sonra tədbir Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində davam etdirilmiş, görüşdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Milli Qəhrəman İbad Hüseynovun döyüş yoldaşları, şəhid ailələri və qazilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və tələbələr iştirak etmişdir.
Tədbirin əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Milli Qəhrəman İbad Hüseynovun döyüş yolundan bəhs edən film nümayiş etdirilmişdir.
Çıxışlar zamanı qeyd edilmişdir ki, dörd il əvvəl Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün xalqımız öz dövləti, ordusu ətrafında bir yumruq kimi birləşərək, 44 günlük çətin, ağrılı, eyni zamanda, şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılacaq bir mərhələyə qədəm qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Vətən Müharibəsinin ilk günlərindən başlayaraq üstünlüyü ələ aldı, düşmənə ağır zərbələr endirdi. 19-20 sentyabr 2023-cü il tarixlərdə aparılan antiterror əməliyyatları zamanı isə ölkəmizin suverenliyi tam olaraq bərpa edildi. Ölkəmizin tarixi ərazilərinin işğaldan azad edilməsi zamanı öz həyatlarını Azərbaycanın suverenliyi uğrunda fəda etmiş övladlarını xalqımız heç zaman unutmayacaqdır.
Tədbir bədii hissə ilə davam etmişdir.