Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqi keçirilib.

23 sentyabr 2026 | 12:55
Qubada mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqi keçirilib.
23 sentyabr 2026-cı il tarixdə Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin yaxınlığındakı ərazidə Quba rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə mülki müdafiə xəbərdarlıq və toplanış məşqi keçirilmişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən məşqin əsas məqsədi mülki müdafiə qüvvələrinin fövqəladə hallar zamanı fəaliyyətə hazırlıq səviyyəsinin yoxlanılması, xəbərdarlıq və toplanış üzrə praktiki bacarıqların təkmilləşdirilməsi olmuşdur.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Polis Şöbəsinin, Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin, Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Quba Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, “Aztelekom” MMC-nin Quba rayon şöbəsinin, Quba rayon Mənzil istismar sahəsinin, “Azərişıq” ASC-nin Quba Elektrik şəbəkəsinin və digər aidiyyəti qurumların mülki müdafiə qüvvələri iştirak etmişdir.
Məşq zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyəti, şəxsi heyətin operativ toplanması və fövqəladə hallara hazırlıq imkanları praktiki şəkildə yoxlanılmışdır.
Keçidlər