Qubada “Prezident İlham Əliyevin liderliyi ilə dünya azərbaycanlıları Dəmir yumruq kimi birləşib” mövzusunda tədbir keçirilib.
24 dekabr 2024 | 15:24
Qubada “Prezident İlham Əliyevin liderliyi ilə dünya azərbaycanlıları Dəmir yumruq kimi birləşib” mövzusunda tədbir keçirilib.
24 dekabr 2024-cü il tarixdə Quba rayonunda Rayon İcra Hakimiyyətnin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin liderliyi ilə dünya azərbaycanlıları Dəmir yumruq kimi birləşib” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, şəhid ailələri, YAP Quba rayon təşkilatının fəalları iştirak etmişdir. Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı və YAP Quba rayon təşkilatının sədri tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunmuş, sonra isə YAP Quba rayon təşkilatında tədbir davam etdirilmişdir.
Çıxışlarda vurğulanmışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf etmiş, görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. 20 il bundan əvvəl Prezident seçilmiş cənab İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı kimi Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Bu gün Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirir. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş tutub. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaqdır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə vəsiqələr, YAP Quba rayon təşkilatının fəallarına fəxri fərmanlar təqdim edilmişdir.