Qubada qanunsuz tikililərin qarşısı alınmışdır.
Quba şəhərində “Soyqırımı memorial kompleksi” nin yaxınlığındakı ərazidə ayrı-ayrı şəxslər tərəfindən aparılan qanunsuz və özbaşına tikinti və qazıntı işləri ilə bağlı məsələyə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti, Quba rayon Polis Şöbəsi və rayonun digər aidiyyəti qurumları tərəfindən dərhal operativ reaksiya verilmiş, qanunsuz tikinti işlərinin qarşısı alınmış, ərazidə aparılan qazıntı işləri dayandırılmış və ərazi öz əvvəlki vəziyyətinə gətirilmişdir.
Qeyd etmək lazımdır ki, “Spartak Peşəkar Futbol Klubu” MMC tərəfindən hazırda Quba şəhərində “Soyqırımı memorial kompleksi” nin yaxınlığındakı ərazi 1988-ci ildə icarəyə götürülmüş, sonradan isə istifadə olunmayan həmin ərazi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş, burada qanunsuz tikinti və qazıntı işlərinə başlanmışdır.
Hazırda ərazidəki vəziyyət Quba Rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır.
Məsələ ilə əlaqədar müvafiq sənədlər toplanaraq Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət edilmişdir.