Qubada “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.
10 mart 2026 | 17:10
Qubada “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.
10 mart 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin akt zalında Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Qəhvəyi məxmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak etmişlər.
Tədbirdə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda videoçarx nümayiş olunub.
İclasda qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrə tədbirlər planının icra vəziyyəti, zərərvericinin qışlama dövründə aparılan monitorinqlərin nəticələri, mövsümə uyğun görülən işlər, həmçinin əhali arasında maarifləndirmənin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Bu sahədə təxirəsalınmaz tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.








