Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Qələbəni yaşadan qəhrəmanlar” qısametrajlı filmlərin təqdimatı keçirilib.

22 dekabr 2024 | 16:09

21 dekabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər 2 saylı təbiət fənləri üzrə məktəb-liseydə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi iləBakı Gənclər Klubu” İctimai Birliyi tərəfindən ərsəyə gətirilən Qələbəni yaşadan qəhrəmanlar” qısametrajlı filmlərin təqdimatı keçirilmişdir.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Bakı Gənclər Klubu” İctimai Birliyini sədri Azər Cavadov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, gənclər və məktəblilər, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Çıxış edənlər şəhidlərimizin əziz xatirələrinə dərin ehtiramlarını bildirmiş, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmışlar.

Qeyd edək ki, Qələbəni yaşadan qəhrəmanlar” qısametrajlı filmlərin  çəkilişi Fizuli və Quba rayonlarında aparılmış, filmlərdə rayonumuzdan olan 3-cü dərəcəli Vətən Müharibəsi əlilləri Ağasıyev Taryel Bəxtiyar oğlunun, Dənyalov Zöhrab Eldar oğlunun və Şıxverdiyev Taleh Rahid oğlunun keçdiyi döyüş yolu işıqlandırılmışdır.

Keçidlər