Qubada Ramazan ayı münasibətilə iftar mərasimi təşkil olunub.
Qubada Ramazan ayı münasibətilə iftar mərasimi təşkil olunub.
12 mart 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə Quba şəhərində yerləşən “Quba yay” şadlıq sarayında iftar mərasimi təşkil olunmuşdur.
İftar mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, din xadimləri, ictimaiyyət nümayəndələri və aztəminatlı şəxslər iştirak etmişdir.
Tədbir zamanı din xadimləri tərəfindən müqəddəs Qurani-Kərimdən ayələr oxunmuş, Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmiş, eyni zamanda Ramazan ayının mənəvi dəyərləri, insanları xeyirxahlığa, mərhəmətə və həmrəyliyə çağıran mahiyyəti barədə danışılmışdır.








