Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Rəngarəng uşaqlıq” adlı tədbir keçirilib.

21 may 2026 | 16:43

Qubada “Rəngarəng uşaqlıq” adlı tədbir keçirilib.

21 may 2026-cı il tarixdə Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə nümayəndəsi Nurdan İbahovanın təşəbbüsü, Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba rayon komitəsinin birgə təşkilatçılığı ilə Timiryazev qəsəbə 14 saylı uşaq bağçasında “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Rəngarəng uşaqlıq” adlı tədbir keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, rayonun müxtəlif müəssisələrinin rəhbərləri, Uşaq Səfirlər Məclisinin nümayəndə və fəalları iştirak etmişlər.

Tədbir zamanı fəallar və bağça uşaqları tərəfindən müxtəlif mövzularda çıxışlar edilmiş, maraqlı rəqslər və əyləncəli oyunlar nümayiş olunmuşdur.

Azyaşlılar onlara göstərilən diqqətdən məmnun qalmış, uşaqlara müxtəlif hədiyyələr təqdim edilmişdir. Tədbir zamanı peşəkarlar tərəfindən müxtəlif nağıl personajlarının surətləri əsasında nümayiş etdirilən rəngarəng nömrələr uşaqların böyük marağına səbəb olmuşdur.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər

Keçidlər