Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü qeyd olunub.

13 fevral 2025 | 15:43

Qubada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü qeyd olunub.

13 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin kollektivi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunmuş, abidənin önünə gül dəstələri qoyulmuş, sonra isə Quba Rayon İcra Hakimiyyətində Xidmətin rayon şöbəsinin işçiləri ilə görüş keçirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin işçilərini təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda onları fəxri fərmanlarla təltif etmişdir.

Keçidlər