Qubada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14 illiyi qeyd olunub.
Qubada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14 illiyi qeyd olunub.
13 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Xidmətin Quba rayon şöbəsinin rəisi Yasin Aşurov, rayonun hüquq-mühafizə orqanlarının, regional və digər idarə, müəssisələrin rəhbərləri, eləcə də şöbənin kollektivi Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən və adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüş, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, Dövlət Xidməti ötən 14 il ərzində səfərbərlik və hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi, vətəndaşların hərbi uçotunun düzgün təşkili və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görmüşdür. Qeyd olunmuşdur ki, xidmət əməkdaşları üzərlərinə düşən vəzifələri məsuliyyət və peşəkarlıqla yerinə yetirirlər.
Sonda kollektiv peşə bayramı və yaradılmanın ildönümü münasibətilə təbrik olunmuş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.








