Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tədbir keçirilib.

16 aprel 2026 | 17:07

Qubada “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tədbir keçirilib.

 

            16 aprel  2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Quba rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Quba rayonunun tarix və mədəniyyət abidələri: milli irsin  öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirilib. Tədbir  Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyət İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə baş tutub.

            Tədbirdən əvvəl  Mərkəzin əməkdaşları tərəfindən “Şəhərsalma və Memarlıq ili” çərçivəsində hazırlanmış sərgiyə baxış keçirilib. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Quba şəhərinin müasir memarlıq inkişafını əks etdirən nümunələr kimi yüksək qiymətləndirilib.

            Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi, sektor müdirinin səlahiyyətlərini müvəqqəti icra edən Murad Qədirli, Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri  Anar Məmmədov, ADPU-nun Quba filialının baş müəllim, tarix üzrə fəlsəfə doktoru, humanitar elmlər kafedrasının müdiri Təhminə Əliyeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin aparıcı məsləhətçisi  Anar İbrahimov tərəfindən edilən çıxışlarda Quba rayonunun zəngin tarixi, qədim memarlıq abidələri, milli-mədəni irsin qorunmasının vacibliyi və bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, belə tədbirlər gənc nəslin milli dəyərlərə bağlılığının gücləndirilməsində mühüm rol oynayır.

             Daha sonra Quba Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış Qubanın memarlıq abidələrinə həsr olunmuş videoçarx təqdim olunub ki, bu da tədbir iştirakçılarında xüsusi maraq və rəğbət doğurub.

Keçidlər