Qubada “Şəhid ailələrinin ikinci maarifləndirici tur aksiyası” çərçivəsində tədbir keçirilmişdir.
30 noyabr 2022 | 15:55
30 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 50 nəfər şəhid ailəsinin Quba rayonuna “Şəhid ailələrinin ikinci maarifləndirici tur aksiyası” çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevlə görüşü təşkil edilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının məsul şəxsləri, şəhid ailələri, bir sıra ictimai təşkilatların sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.