Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada şəhid olmuş hərbi qulluqçu Xələfov Saleh Kamal oğlunun dəfn mərasimi keçirilmişdir.

06 aprel 2024 | 15:47

6 aprel 2024-cü il tarixdə təlim zamanı açılan atəş nəticəsində şəhid olmuş hərbi qulluqçu Xələfov Saleh Kamal oğlunun dəfn mərasimi keçirilmişdir. Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əvvəlcə şəhidin cənazəsi Quba rayonunun girişində rayon ictimaiyyəti tərəfindən izdihamla qarşılanmış, sonra Quba şəhərinin “Dəvədabanı” yaşayış massivinə evlərinə aparılmış, burada vida mərasimi keçirildikdən sonra şəhid Quba rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Keçidlər