Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada Səhiyyə İşçilərinin Peşə bayramı qeyd edilmişdir.

17 iyun 2022 | 15:36
Quba rayonunda Səhiyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, RİH-nin məsul şəxsləri, səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoymuş, daha sonra isə tədbir Quba Rayon Mərkəzi Xəstəxanasının akt zalında davam etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Xalqımızın ümummilli lideri Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tədbirdə geniş çıxış edərək Səhiyyə İşçilərini Peşə Bayramı Günü münasibətilə təbrik etmiş, səhiyyə sahəsinə göstərilən yüksək dövlət qayğısı barədə ətraflı danışmış, bir sıra səhiyyə işçilərinə fəxri fərman və hədiyyələr təqdim etmişdir.
Keçidlər