Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.

15 aprel 2025 | 15:04

Qubada “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.

15 aprel 2025-ci il tarixdə rayonun Püstəqasım kəndində Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Püstəqasım kənd məktəbinin direktoru Nail Seyidəhmədov, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanmış, çıxışlarda Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edildiyi diqqətə çatdırılmış, eyni zamanda suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolundan bəhs olunmuşdur.

Keçidlər