Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib.

06 noyabr 2024 | 17:49

Qubada “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib.

 

6 noyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Quba rayon təşkilatda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, digər ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Çıxışlarda bildirilmişdir ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən misilsiz Qələbədən 4 il ötür. Azərbaycan Ordusunun hazırkı səviyyəsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu 44 günlük Vətən Müharibəsindəki Qələbəmiz bir daha sübut etdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi ordumuzun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları sırasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyildir ki, Vətən Müharibəsində rəşadətli ordumuz böyük qəhrəmanlıqlar göstərərək tarixi torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı. Vurğulanmışdır ki, hazırda işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır.

Keçidlər