Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada təhsil və aqrar sektorun inkişafında tarixi addım: Aqronomluq İxtisası Açıldı!

01 iyul 2026 | 16:58

Qubada təhsil və aqrar sektorun inkişafında tarixi addım: Aqronomluq İxtisası Açıldı!
Azərbaycanın zəngin kənd təsərrüfatı və meyvəçilik mərkəzi olan Quba rayonunda aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və yüksəkixtisaslı yerli kadrların yetişdirilməsi istiqamətində mühüm yeniliyə imza atılıb.
Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında yeni tədris ilindən etibarən "Aqronomluq" ixtisası fəaliyyətə başlayır!
Qubanın münbit torpaqları, geniş meyvə bağları və güclü aqrar potensialı müasir texnologiyalara bələd olan, elmi yanaşmalara sahib mütəxəssislərə böyük ehtiyac yaradır. Bu addım rayonumuzun gənclərinin paytaxta getmədən, doğma rayonda müasir və tələb olunan ixtisasa yiyələnməsinə, aqrar sektorda fəaliyyət göstərən yerli təsərrüfatların gənc aqronomlarla təmin olunmasına, regionda kənd təsərrüfatının məhsuldarlığının elmi yanaşmalarla daha da artırılmasına xidmət edəcəkdir.
İxtisasın açılmasında göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab Emin Əmrullayevə dərin təşəkkürümüzü bildiririk. Əminik ki, növbəti illərdə kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək digər ixtisasların da açılması ölkəmizin elmi potensialını gücləndirəcək, gənclərin peşəkar hazırlığını yüksəldəcək və kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinə geniş imkan yaradacaqdır.

 

Keçidlər