Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Toxum Sərgi - Satış Yarmarkası” keçirilmişdir.

24 avqust 2022 | 14:29

24 avqust 2022-ci il tarixdə Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət parkında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin bigə təşkilatçılığı ilə “Toxum Sərgi - Satış Yarmarkası” keçirilmişdir.

Yarmarkada Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri cənab Mirzə Əliyev çıxış edərək, buradakı guşələrlə ətraflı tanış olmuşlar.

Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin müvafiq təşkilatlarının, Şimal bölgəsi rayonlarının, eləcə də Respublikamızın digər müxtəlif bölgələrinin fermerləri və Quba rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Keçidlər