Qubada Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə əlaqədar tədbir keçirilib.
14 iyul 2025 | 15:00
Qubada Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə əlaqədar tədbir keçirilib.
14 iyul 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə əlaqədar “14 iyul 1969-cu il: Müstəqil Azərbaycanın sarsılmaz təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Taryel İbrahimov, YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov, Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Azərbaycan Dövlət Pedagoji Universitetinin Quba filialının müəllimi Elza Orucova, Qırmızı Qəsəbə qəsəbə 1 saylı tam orta məktəbin direktoru Yavuşva Simanduyev, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəliyi ərazi partiya təşkilatının sədri Saməddin Nəsirov, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Nəhayət Şirinova və "Azərmətbuatyayım" ASC-nin Quba bölməsinin meneceri Ramiz Həmzəyev çıxış edərək qeyd etmişlər ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Ulu Öndər Heydər Əliyev tərəfindən 1969-cu il 14 iyul tarixində təməli qoyulmuş müstəqil və qüdrətli Azərbaycan bu gün Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, gərgin əməyi və qətiyyəti sayəsində daha da inkişaf edir, tarixi Zəfərin təntənəsi ilə özünün ən qüdrətli və güclü dövrünü yaşayan ölkəmizdə böyük islahatlar həyata keçirilir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilmişdir.








