Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Ümummilli lider Heydər Əliyev: həmrəyliyimizin banisi” mövzusunda tədbir keçirilib.

11 dekabr 2025 | 18:03

Qubada “Ümummilli lider Heydər Əliyev: həmrəyliyimizin banisi”  mövzusunda tədbir keçirilib.

 

11 dekabr 2025-ci il tarixdə  Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin və  Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin  Bəşir Səfəroğlu adına  Quba rayonu Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev: həmrəyliyimizin banisi”   mövzusunda tədbir keçirilmişdir.

            Tədbirdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, DQİDK-nin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəsi vəzifəsini icra edən Saməddin Nəsirov,  Bəşir Səfəroğlu adına  Quba rayonu Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov , din xadimləri və mədəniyyət işçiləri iştirak etmişdir.         

Keçidlər