Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd edilmişdir.

10 may 2023 | 16:23

10 may 2023-cü il tarixdə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Quba şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Vahid Əhmədov və Anatoliy Rafailov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, rayon Ağsaqqallar Şurasının sədri və şuranın üzvləri, RİH yanında İctimai Şuranın sədri və üzvləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər bir qrup nümayəndəsi tərəfindən ziyarət edilmiş, Ulu Öndərə ehtiram əlaməti olaraq abidə önünə əklillər düzülmüşdür. Sonra Quba rayon Heydər Əliyev Mərkəzinin və Quba Rayon İcra Hakimiyyətinin foyesində foto-sərgiyə baxış keçirilmiş, ardınca Rayon İcra Hakimiyyətinin akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yığıncaq baş tutmuşdur. Yığıncaqda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev geniş məruzə ilə çıxış etmiş, sonda isə “Əsrin adamı - 100” sənədli filmi nümayiş olunmuşdur.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam etmişdir.

Keçidlər