Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub.
Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub.
10 may 2026-cı il tarixdə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadə, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və YAP rayon təşkilatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, rayon Ağsaqqallar Şurasının sədri və şuranın üzvləri, RİH yanında İctimai Şuranın sədri və üzvləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər bir qrup nümayəndəsi tərəfindən ziyarət edilmiş, Ulu Öndərin xatirəsi ehtiramla yad edilmiş, abidə önünə gül dəstələri düzülmüşdür.
Sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında əsaslı təmir olunmuş fəvvarəyə baxış keçirilmişdir.
Daha sonra Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinin yaxınlığında ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada rayon rəhbərliyi, idarə və təşkilatların rəhbərləri, gənclər və könüllülər iştirak etmişldir. Keçirilən aksiya rayon ərazisində ekoloji mühitin sağlamlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam etmişdir.








