Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
06 may 2026 | 09:21
Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
5 may 2026-cı il tarixdə “Quba Place” otelində Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatınin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dövlətçilik ənənələrinin möhkəmlənməsində Heydər Əliyev rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransdan əvvəl Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.
Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, YAP İdarə Heyətinin üzvü, partiyanın veteranlar şurasının sədri Arif Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ardınca müstəqilliyimizin qorunması yolunda ömrünü xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur.
Konfrans çərçivəsində çıxışlar dinlənilmiş, Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP İdarə Heyətinin üzvü və partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov və YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək Ümummilli Liderin dövlətçilik tariximizdəki müstəsna rolundan bəhs etmişlər.
Konfransın yekununda 10 nəfərə Fəxri Fərman, 10 nəfərə isə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunmuş, sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilmişdir.








