Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.

06 may 2026 | 17:29

Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.

6 may 2026-cı il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektivləri, şəhid ailələri, rayonun mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, tələbələr və gənclər iştirak etmişdir.
Konsert proqramında Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri geniş musiqi proqramı ilə çıxış etmiş, ifalar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.

Keçidlər