Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada "Uşaq Hüquqları Aylığı" çərçivəsində “Hər bir uşağın hüququ var” adlı tədbir keçirilib.

06 noyabr 2026 | 12:30
Qubada "Uşaq Hüquqları Aylığı" çərçivəsində “Hər bir uşağın hüququ var” adlı tədbir keçirilib.
5 noyabr 2026-cı il tarixdə Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə nümayəndələri Bayramova Lamiyə və Nadirli Humayın təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Birinci Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasında "Hər bir uşağın hüququ var” adlı tədbir keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsul əməkdaşları, bağça rəhbərliyi, müəllimlər, Uşaq Səfirlər Məclisinin nümayəndə və fəalları iştirak etmişlər.
Tədbirdə bağça uşaqları çıxışlar, şerlər, rəqslər və səhnəciklər nümayiş etmişlər.
Keçidlər