Qubada "Uşaq Hüquqları Aylığı" çərçivəsində növbəti tədbir keçirilib.
Qubada "Uşaq Hüquqları Aylığı" çərçivəsində növbəti tədbir keçirilib.
18 noyabr 2025-ci il tarixdə Uşaq Səfirlər Məclisinin Quba rayon üzrə nümayəndələri İbahova Nurdan və Tahirova Dənizin təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba “ASAN xidmət” mərkəzinin Kino zalında "Uşaq Hüquqları Aylığı" çərçivəsində "Mənim təhsilim - mənim hüququm" adlı tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin, Quba Rayon Polis Şöbəsinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun rəhbər və məsul şəxsləri iştirak etmişdir.
Tədbirdə uşaq hüquqları haqqında danışılmış, uşaqlar ilə müzakirələr aparılmış, onların sualları cavablandırılmışdır. Sonda aktyor, ssenarist və rejissor Əlixan Rəcəbovun "Səriyyə" filmi nümayiş olunmuşdur.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər








