Qubada “Uşaqdan böyüyə” adlı tədbir keçirilib.
Qubada “Uşaqdan böyüyə” adlı tədbir keçirilib.
Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə nümayəndəsi Bayramova Lamiyə və Nadirli Humayın təşəbbüsü, Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Quba şəhər Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə "Uşaqdan Böyüyə" adlı tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, təhsil işçiləri, Uşaq Səfirlər Məclisinin nümayəndə və fəalları iştirak etmişlər.
Tədbir uşaqların fikir və düşüncələrinin ifadə olunması, uşaqlar və böyüklər arasında qarşılıqlı anlaşmanın və dialoqun gücləndirilməsi məqsədilə keçirilmişdir.
Tədbirin mövzusuna uyğun səhnəciklər nümayiş olunmuş, şeirlər səsləndirilmiş, videoslayd təqdim edilmişdir. Tədbirin davamında fəalların və şagirdlərin çıxışları dinlənilmiş, iştirakçılar arasında mövzu ilə bağlı sorğu keçirilmişdir. Sonda musiqili çıxışlar və nümayəndələrin çıxışları ilə tədbir yekunlaşdırılmışdır.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər








