Qubada “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
Qubada “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə nümayəndəsi Nurdan İbahovanın təşəbbüsü, Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba rayon komitəsi və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Quba şəhər Ümumi Təyinatlı İnternat Tipli Ümumtəhsil Məktəbində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, rayonun müxtəlif müəssisələrinin rəhbərləri, Uşaq Səfirlər Məclisinin nümayəndə və fəalları iştirak etmişlər.
Tədbir zamanı fəallar tərəfindən müxtəlif mövzularda çıxışlar edilmiş, maraqlı səhnəciklər nümayiş olunmuşdur.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər








